Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hədsiz kök olan insanların ağ ciyərlərində yağ aşkarlanıb

Hədsiz kilolu və piylənmədən əziyyət çəkən insanların ağciyərlərində ilk dəfə yağ toxuması aşkarlanıb. Yağ miqdarının bədən kütlə indeksinə uyğun artdığı bəlli olub.

Bizimyol.info xəbər verir ki, Avstraliyalı alimlər 52 nəfərin ağciyər nümunələrini analiz edib. Bu araşdırmanın nəticəsində ağciyərdə yağ miqdarının bədən kütlə indeksinə uyğun artdığı öz təsdiqini tapıb. Araşdırmalardan artıq kilolu və piylənmədən əziyyət çəkən insanların ağciyər xəstəliklərinə, ələxsus da astma xəstəliyinə yoluxma risklərinin daha yüksək olduğu bilinib.

Qeyd edək ki, bu istiqamətdə ağciyər xəstəlikləri üzrə mütəxəssislərin araşdırması davam edir. Alimlər artıq kilolardan azad olmuş insanların ağciyərlərində yaxşılığa doğru dəyişimin olub-olmaması üzrə araşdırmalarını davam etdirirlər.

Sevinc Qurbanova ürək damar xəstəlikləri həkimi

Bunula bağlı terapevt Sevinc Qurbanova Bizimyol.infoya danışıb: "Fransızlar piylənməni xəstəlik yox, bədbəxtlik adlandırırlar. Piylənməsi olan insanlar nəinki ağciyər xəstəliklərinə, eyni zamanda onkoloji xəstəliklərə, ağır ürək-damar xəstəliklərinə meyilli olurlar". Həkim deyib ki: "Konkret situasiyadan asılı olaraq xəstənin sonradan arıqlaması müsbətə doğru irəliləyişə səbəb ola da bilər, olmaya da. Xəstəlik xronikiləşibsə, xəstənin tamamilə sağalması çətindir. Lakin nəzərə almalıyıq ki, piylənmə özü xəstəlikdir. Xəstədə bir potologiyanı müalicə etmək daha asandır. Buna görə təbii ki, xəstələr piylənməyə qarşı müalicə almalıdır. Artıq kilolardan və piydən azad olmaq ağciyər xəstəliklərinə yoluxma riskini azaltdığı kimi, ağciyər xəstəliyindən əziyyət çəkən xəstələrin sağalmasında da öz müsbət təsirini göstərir".

Aləmdə Nəsib

Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »