Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rabitəbank” ASC-nin təkzib bəyanatı

Səfərov Şahin Vaqif oğlunun “Rabitəbank ASC”-yə qarşı iddia etdiyi məlumatla bağlı bankın mövqeyini sizə təqdim edirik.

“Rabitəbank” ASC ilə müştəri arasında bağlanmış kredit müqaviləsi üzrə müştəri bank qarşısında öhdəliklərinin təminatı kimi , qızıl-zinət əşyalarını “Rabitəbank” ASC-nin xeyrinə girov qoymuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyi üçün məhkəmədə iddia qaldırılmış və 30.03.2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən müştəridən borcun tutulması və tələbin girov əmlakı olan qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərrac yolu ilə satılması qət edilmişdir. Bu məqsədlə, 30.03.2015-ci ildə məhkəmə qətnaməsinə əsasən girov predmeti olan qızılzinət əşyaları həmin tarixə mövcud olan qiymətlərlə qiymətləndirilmişdir.

Cari ilin oktyabrın 14-dü tarixində “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”-nin keçirdiyi, onlayn elektron hərracda alıcı Səfərov Şahin Vaqif oğlu tərəfindən satın alınmışdır. Məhkəmə qətnaməsinə əsasən, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq girov qoyulmuş əmlakın satılması və satışdan sonra olacaq olan digər tədbirləri məhz hərrac təşkilatının səlahiyyətlərinə aiddir.

Qeyd olunanlarla əlaqədar bildirmək istəyirik ki, “Rabitəbank ASC”-nin işgüzar nüfuzunu ləkələyən, böhtan və həqiqətə uyğun olmayan məlumatların yayılması gələcəkdə məhkəmə qaydasında həll olunacaqdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, bu təkzib məktubunun dəyişiklik edilmədən yayımlanması xahiş olunur.

Son xəbərlər
Bütün xəbərlər »