Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikoil Bank kiçik və orta sahibkarlığın kreditləşməsinin gücləndirilməsi barədə planlarını açıqladı
Nikoil Bank 2019-cu ilin 9 ayı ərzində biznes kreditləşmə bölməsinin işinə yekun vurdu və Azərbaycan iqtisadiyyatının bu sahəsinə kreditləşməni daha da gücləndirmək planlarını açıqladı.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Nikoil Bank 92,9 milyon manat məbləğində biznes kreditləri verib və bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 106% çoxdur. Bunun 60,5 milyon manatı kiçik və orta sahibkarlığa verilən kreditlərdir, 31,8 milyon manatı mikrokreditlərdir. Bundan əlavə, Kənd Təsərrüfatı Kreditləri və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə 649 min manat məbləğində kənd təsərrüfatı kreditləri verilmişdir.

Nikoil Bank əvvəllər daha çox korporativ seqmentə və iri layihələrə diqqət ayırırdı, lakin son bir ildə təşkilat transformasiya prosesini keçdi və bu gün Nikoil Bank mikro, kiçik və orta sahibkarlığa kredit vermək, habelə əhaliyə pərakəndə satış xidmətləri göstərməkdədir.

"Kiçik və orta biznes kreditləri verilmək və bu sahədə xidmət göstərmək bizim üçün prioritet olan və sürətlə böyüyən istiqamətdir. Bu sahə üçün yeni işçilərin işə qəbulu və hazırlanması sistemini yaratmışıq və məmnuniyyətlə qeyd etmək istəyirəm ki, təkcə bu il biz həm kiçik, həm də orta sahibkarlıqla və mikrokredit sahəsində uğurla çalışan təxminən 300 həvəsli gənc işçini işə götürdük. Xüsusilə qeyd etmək istərdim ki, onlardan 100-ü üçün Nikoil Bank ilk iş yeridir.Əminəm ki, bu gənclər Azərbaycan iqtisadiyyatını dəstəkləməkdə daha da hiss olunan nəticələr əldə edəcəklər. ”Nikoil bank-ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia qeyd etdi.

Son xəbərlər
Bütün xəbərlər »