Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video

Azərbaycan milli futbol komandasının və “Qarabağ” futbol klubunun futbolçusu Araz Abdullayev şəxsi avtomobili ilə etdiyi “avtoşluq”la diqqət mərkəzinə düşüb.

Bizimyol.info xəbər verir ki, Abdullayev yüksək sürətlə maşını idarə etməsini öz “İnstagram” hesabında paylaşıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov onun bu hərəkətinə sərt reaksiya verib. Rəşad həmin paylaşımın rəy bölməsində buna etiraz olaraq əsəb “smalik”ləri atıb. Görünür, Araz Abdullayevin paylaşdığı bu video kapitanın qəzəbinə səbəb olub.

Araz Abdullayev yüksək sürətlə avtobil idarə etməyi sevir. Onun bu sevgisi ölümlə də nəticələnmişdi. 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vuran A.Abdullayev, onlardan birinin ölümünə səbəb olmuşdu.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »