Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbyönümlü QHT-lər bəyanat verdi

Hərbiyönümlü qeyri-hökumət təşkilatları icazəsiz kütləvi aksiyalarla ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirmək cəhdləri ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə həyatın bütün sahələrində aparılan köklü islahatlar, aparılan dövlət siyasəti cəmiyyətin mütləq əksəriyyətinin rəğbəti ilə qarşılanır. Azərbaycan xalqının ölkəmizin gələcək inkişafına, işğal altında olan torpaqlarımızın azadlığına inamı daha da güclənir. Təkcə bu il minimum əməkhaqqının 2 dəfə, pensiya və təqaüdlərin artırılması, şəhid ailələrinə, müharibə veteranlarına evlərin verilməsi sosial sahədə atılan addımlar əhalidə böyük rəğbət hissi yaradır. Xüsusilə ordu quruculuğunda əldə edilən uğurlarla paralel olaraq diplomatik cəbhədə aparılan məqsədyönlü, cəsarətli iş, xüsusilə Prezident İlham Əliyevin bu günlərdə Soçidə və Aşqabadda işğalçı Ermənistan rəhbərliyinə verdiyi öldürücü cavablar ölkədə böyük ryh yüksəkliyinə səbəb olub.

Belə bir şəraitdə, ölkədə qarşısıalınmaz islahatları gözü götürməyən bəzi pozucu qüvvələr ölkədə ictimai-siyasi sabitliyi pozmağa , əldə olunun nailiyyətlərə kölgə salmağa çalışan qüvvələr fəallaşıblar. Sosial dayağı olmayan bu cür qüvvələr ayrıca kütləvi aksiyalar keçirmək imkanında olmadıqları üçün əhalinin sıx hərəkət etdiyi yerlərdə iğtuşaş törətməyə çalışırlar.

Son zamanlar paytaxtın mərkəzi yerlərində qanunsuz kütləvi aksiyalar keçirmək vasitəsilə xaos yaratmaq niyyətləri də bu qəbildəndir.

Biz hərbiyönümlü QHT-lər narahatlıqla bildiririk ki, müvafiq hakimiyyət orqanlarının təklif etdiyi məkanlarda kütləvi tədbir keçirməkdən imtina edərək qanunsuz şəkildə mərkəzi yerlərdə aksiya keçirmək çağırışları paytaxtın həyat ritmini, sabitliyi pozmağa yönələn cəhdlərdir. Bu kimi pozucu cəhdlər cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən pislənilir.

Biz hərbönümlü QHT-lər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyimizi, dövlətçiliyimizə və xalqımıza qarşı yönələn təxribatların qarşısının alınmasında üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazır olduğumuzu bildiririk.

Eyni zamanda, hüquq-mühafizə orqanlarını paytaxta ictimai-siyasi asayişi pozmağa yönəlmiş çağırışlarla bağlı hüquqi müstəvidə təsirli addımlara atmağa çağırırıq.

Bəyanatı aşağıda adları qeyd olunan təşkilatlar imzalayıb:

1. Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi

2. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi

3. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi

4. Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyi

5. Azərbaycan Çernobl Əlilləri İttifaqı İctimai Birliyi

6. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

7. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

8. “20 Yanvar” İctimai Birliyi

9. Azərbaycan Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi

10. "Qarabağ Qaziləri" İctimai Birliyi

11. “Əsgər Anaları” Şurası

12. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi

13. "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi

14. Qarabağ Əlilləri və Veteranları İctimai Birliyi

15. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

16. Müharibə Veteranları və Beynəlminəlçi Hərbiçilər İctimai Birliyi

17. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi

18. “20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi

19. Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi

20. Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi

21. Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi

22. Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri İctimai Birliyi

Son xəbərlər
Bütün xəbərlər »