Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məmurlar xarici banklardakı kapitallarının əsirinə çevrilib...”

Dövlət başçısının 3 gün öncə hökumətin iclasında etdiyi çıxış cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ən başlıcası məhz prezidentin dilindən hökumətin nəzdindəki məmurların bir-biri ilə çəkişməsi, düşmənçilik etməsi barədə eşitmək sadə xalqın ürəyinə su səpdi desək yanılmarıq. Çünki bu prosesdə hər zaman uduzan və əzilən tərəf məhz xalq olur.

Tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov fikirləri Bizimyol.info saytına verdiyi açıqlamada prezident İlham Əliyevin düzgün mövqe tutduğunu qeyd edərək bu addımın ölkənin müstəqilliyinin qorunmasında vacib addım olduğunu bildirib.

Saleh Məmmədov Saleh Məmmədov

“Xarici banklarda külli miqdarda pulları olan hər bir oliqarx məmur, özlərindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə böyük təhlükəyə və şantaj alətinə çevrilmişdir. Artıq hamı yaxşı bilir ki, dövlətçiliyimizi təhlükə qarşısında qoyan müxalifətdən, mitinqlərə çıxan kütlə deyil, xalqdan oğurladığı pulun əsirinə çevrilən məmur oliqarxlardır”.

Saleh Məmmədov qeyd edib ki, komandanın üzvlərinin əksəriyyəti böyük kapital, əmlak sahibidir. Və onların xarici banklarda yatan bu əmlakı barədə xarici güclərin məlumatı var. Ona görə belə məmurlar nə bu əmlakı geri gətirə bilirlər, nə də ondan vaz keçə bilirlər. Məcbur olub öz pullarının əsirinə çerilirlər. Bu vəsait əllərindən çıxmasın deyə, onlara qarşı edilən şantaja boyun əyir, dövlətçiliyə qarşı addımlar atırlar. Qırb, ABŞ ağıllı davranır. Öncə bu pulların öz banklarına yatırılmasına imkan verir, sonra onların ölkədən çıxarılmasının qarşısını alır. Bu gün xarici banklarda Qəddafinin milyardları yatır. Ailəsi bu puldan yalnız kiçik bir miqdarda , dərman pulundan istifadə edir, o da yüz dənə sənədə qol çəkə- çəkə.

Bildiyimə görə, əsas oliqarxlardan birinin ABŞ banklarından birində artıq 8 milyard dollar vəsaiti toplanıb. Mən özüm şəxsən tanıyıram. Bu maliyyə məsələləri ilə maraqlanan insanlar yəhudilər və ermənilərdir. Yəhudilərin bizimlə işi yoxdur, dost münasibətlər var. Bəs ermənilər haqqında bunu deyə bilərikmi? Məhz onlar və onlara rəhbərlik edən güclər Azərbaycan xalqından oğurlanmış milyardlar hesabına azərbaycanlı oliqarxları bizim özümüzə qarşı şantaj aləti kimi istifadə edirlər.Bu gün onların qarşısın alınması o qədər də asan məslə deyil Çünki arxalarında böyük güclər və dövlət siyasəti dayanır. Məhz buna görə İlham Əliyev haqlı olaraq xalqı özünə dayaq seçir və bu məsələni ictimailəşdirir.Təhülkə böyükdür və onun qarşısı zamanında alınmalıdır”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »