Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalılar bu gündən Avropaya vizasız səfər edirlər
Bu gündən etibarən Ukrayna vətəndaşları 90 gün müddətinə qədər Avropa İttifaqı ölkələrinə vizasız səfərlər edə bilərlər. Virtualaz.org Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq, 600-ə yaxın ölkə vətəndaşı Avropa ölkələrinə yollanıb.

Barselonada bir qrup ictimai fəal ukraynalı turistləri “Ukraynalıları Avropada salamlayırıq” şüarları ilə qarşılayıblar. Bu gün şəhərə Kiyevdən daha bir təyyarə gəlməlidir.

Avropaya vizasız səfər etmiş ilk ukraynalıların şəkillərini özünün “Twitter” mikrobloqunda Ukraynanın xarici işlər naziri Pavel Klimkin paylaşıb.

Son xəbərlər
Bütün xəbərlər »