Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ qazilərinin və şəhid ailələrinin mənzil məsələsilə bağlı nazirlikdən açıqlama

Sosial mediada yayılan məlumata görə, Qarabağ qazisi mənzillə təmin olunmamasından şikayətçidir.

Bizimyol.info-nun verdiyi məlumata görə, şikayətçi bildirib ki, Prezidentin 2014-cü ildə imzalanan sərəncama əsasən 2014-cü ilin 1 yanvarına kimi mənzil növbəsində dayanan Qarabağ savaşı əlilləri və şəhid ailələri 2014-2018 -ci illər arasında mənzillə təmin olunmalıdır: “Lakin artıq 2019-cu il başa çatmaq üzrədir, hələ də “beşillik plan”ın 6-cı ildə də icra olunmayacağı göz önündədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sözügedən sərəncamı icra etmək əvəzinə sərəncamındakı “2014-2018-ci illər” sözləri “2014-2028 -ci illər” ifadəsi ilə əvəz olunub. Başqa sözlə, 2014-cü ilin yanvarın 1-ə kimi mənzil növbəsində dayanan əlil və şəhid ailələrinin 5 il ərzində yox, 15 il ərzində mənzillə təmin olunmaları təsbit olunub”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında yaşayış sahəsinə ehtiyacı olan qismində 01.01.2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub: “Göstərilənlərə əsasən müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi növbəlilik qaydasında tənzimlənir.

Yazıda sözügedən sığorta şirkətinin hesabına köçürülən 50 faiz müavinət məbləği Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən tənzimlənir. Bu qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği 50 faizdən çox ola bilməz.

Qarabağ müharibəsi əlillərinin xaricdə müalicəyə göndərilməməsi ilə bağlı bildiririk ki, Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın rəyi əsasında vətəndaşların müalicəyə göndərilməsinə köməklik məqsədilə nazirliyin müvafiq komissiyasının qərarı ilə yol xərcinin ödənilməsi üçün vəsait ayrılmasına baxıla bilər”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »