Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada azərbaycanlı miqrantlara orqan donorluğu təklif edilir?

Almaniyada yaşayan miqrantlara donorluq təklifinin fgəlməsi insanlarda çaşqınlıq yaradıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əlövsət Əliyev məsləyə aydınlıq gətirib.

“Almaniyaya yeni gələnləri təəccübləndirən məsələlərdən biri də hər gün poçt vasitəsi ilə yazılı məktubların gəlməsi ilə bağlıdır. İnsanların bu gələn məktublara münasibətləri təbii ki, müxtəlifdir. Bəziləri bütün məktubları tərcüməşi vasitəsi ilə tərcümə etdirir, bəziləri isə ümumiyyətlə bunu ciddiyə almır. Gələn məktubların arasında təbii ki reklam, təklif və ya tövsiyyə xarakterli məktublar da çox olur. Bəzi məktublarda gələn sənədlərin imzalanıb geri qaytarılması da tələb olunur. Gələndən sonra hər kəs yüzlərlə sənəd imzalayır. Hec də həmin sənədlərin məzmununu hamı dəqiq başa düşmür. Bəzi alınan mıəktubları dəqiq başa düşməyənlər qorxuya da düşürlər.

Bu yaxınlarda “Germani.de” nəşrində bir yazı diqqətimi cəkdi. Yazıda bir suriyalının bu barədə aldığı məktuba münasibətindən bəhs olunur. Suriyalı bu məktubu alandan sonra təklifi dərhal rədd edib, “Almaniya bizdən donor kimi istifadə etmək istəyir”,- kimi fikir səsləndirirb. Məktubda orqan donorluğu haqqında söhbət gedib. Sənəddə qeyd olunur ki, şəxs öldüyü halda orqanlarının başqa şəxsə verilməsi haqqında vəsiyyətnamə qoya bilər. Yazıda daha sonra bildirilir ki, coxsaylı müraciətlərə baxmayaraq, bu vaxta kimi bir nəfər də suriyalı bu təkliflə razılaşmayib. Bu təbii ki, təkcə dini dəyərlərlə bağlanıla bilməz. Cünki İslamda orqanların donor kimi istifadəsinə qadağa yoxdur. Bu vaxta kimi suriyalılar və qacqın kimi qəbul olunanlar daha çox bildirirdilər ki, Almaniyaya ucuz işçi qüvvəsi lazım olduğu üçün qaçqınları ölkəyə qəbul edir. “Bundan sonra qaçqınlar arasında “Biz Almaniyaya orqan donoru kimi lazımıq” deyən olsa təəccüblənməyin”,- fikri ilə yazı tamamlanır.

Dəyərli həmvətənlər, sizə belə məktublar gələrsə, panikaya düşməyin. Bu, sadəcə təklifdir və şəxsin orqanlarından donor kimi onun vəsiyyətnaməsi və ya yaxınlarının razılığı əsasında istifadə etmək mümkündür”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »