Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadənin təyyarəsi fırtınaya düşdü

Britaniya şahzadəsi Uilyam və xanımı Keyt Middltonun təyyarəsi fırtınaya düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Daily Mail məlumat yayıb.

Hava şəraiti pis olduğundan şahzadə və xanımının olduğu təyyarə İslamabadda yerə enə bilməyib. Təyyarə səmaya qalxdığı Lahor şəhərinin hava limanına geri qayıtmalı olub.

Bundan öncə təyyarə iki dəfə müxtəlif hava limanlarında enməyə cəhd göstərib. Lakin buna müvəffəq olmayıb.

Şahzadə Uilyam və Keytə heç bir zərər dəyməyib və hər şey qaydasındadır.

İngiltərə Xarici İşlər Nazirliyi oktyabrın 14-də kral ailəsinin cütlüyü beş günlük Pakistana gəldiyini, bu müddət ərzində Lahor, İslamabad və şimal ərazilərə, habelə ölkənin bir sıra əlamətdar tarixi və mədəni yerlərinə baş çəkəcəklərini bildirdi. Bu, Britaniya kral ailəsinin Pakistana 2006-cı ildən bəri ilk rəsmi səfəridir.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »