Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Trampa cavab verdi

"Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq".

Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Twitter-dəki paylaşımını şərh edərkən bildirib.

"Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək", - deyə Türkiyə lideri yazıb.

Qeyd edək ki, "Barış bulağı" ilə bağlı atəşkəs razılaşması əldə edildikdən sonra Tramp Tvitter hesabında atəşkəsin əldə edilməsi ilə milyonlarla insanın həyatının xilas edildiyini bəyan etmişdi, Ərdoğanı "dostum" adlandırmış və onun qərarını təqdir etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »