Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Malibuda “Barby” evi cəmi 100 manata kirayə veriləcək

Bu il məşhur “Barby” kuklasının 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə “Airbnb” ev kirayəsi agentliyi aksiya keçirir.

Şirkətin “Instagram” səhifəsində “Barby” evinin kirayə verilməsi haqqında elan dərc olunub. Unikal ev Kaliforniyada Malibu çimərliyində yerləşir. Onun kirayəsi günə cəmi 60 dollara (100 manat) başa gələcək. Lakin kirayə yalnız 2 günlük nəzərdə tutulub – 27-29 oktyabr tarixlərində.

Evin kirayəsi 23 oktyabr Bakı vaxtı ilə 22:00-dan sonra mümkün olacaq, odur ki, “bron” düyməciyinə ilk basan insan bu gözəlliyə sahib çıxacaq.

Ev üçmərtəbəlidir və 4 qonaq üçün nəzərdə tutulub: içində 2 yataq və 2 vanna otağı var.

Son xəbərlər
Bütün xəbərlər »