Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mançester Yunayted” Türkiyə milli komandasının futbolçusunu transfer etmək istəyir

Futbol üzrə Türkiyə milli komandası Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır.

Möcüzə baş verməsə, qardaş ölkənin yığmasını gələn il keçiriləcək qitənin mötəbər turnirində görə biləcəyik. Fransa ilə səfər heç-heçəsi Türkiyənin turnir vəziyyətini xeyli yaxşılaşdırıb.

Bizimyol.info xəbər verir ki, həmin qarşılaşmanın ən yaxşılarından olan Merih Demirala Avropadan böyük təklif gəlib. “Mançester Yunayted” Türkiyə milli komandasının futbolçusunu transfer etmək istəyir. İngiltərə nəhəngi bunun üçün 30 milyon avrosundan keçməyə hazırdır.

Merih Demiral Merih Demiral

Demiral indi “Yuventus”da oynayır. İtaliya klubu müdafiəçini satmaq fikrində deyil. Az əvvəl “Milan”ın təklifinə də “yox” cavabı verilmişdi. Bu haqda “Yuventus”un idman direktoru Fabio Paratiçi danışıb. O, Demirala çox ehtiyac duyduqlarını söyləyib.

Əslində, “Mançester Yunayted” heç nə şirnikləndirici təklif irəli sürməyib. Demiralın gerçək transfer qiyməti 50 milyon avrodan az deyil.

Son xəbərlər
Bütün xəbərlər »