Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın futbol klubu "Sülh Çeşməsi" əməliyyatını dəstəkləyən futbolçusuna sahib çıxdı

"Traktor" futbol klubu "Sülh Çeşməsi" əməliyyatını dəstəkləyən futbolçusuna sahib çıxıb.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, "Traktor"un futbolçusu Mehti Bebri "Sülh Çeşməsi" antiterror əməliyyatını dəstəkləmək məqlədilə öz sosial media hesabında Türkiyə bayrağı və Türk əsgərinin fotosunu paylaşıb. Bunu görən İran Futbol Federasiyası Bebrini meydandan uzaqlaşdırıb. Federasiyanin futbolçunu meydandan uzaqlaşdırmaq qərarı isə "Traktor"un rəsmi twitter səhifəsində müzakirələrə səbəb olub. Futbol klubu sonuna kimi futbolçusunu bu məsələdə tək qoymayacağını qeyd edib: "Biz hər zaman onun arxasındayıq".

Həmçinin, "Traktor" klubu açıqlamasında daha bir futbolçunun (Voria Qafuri) Türkiyə-Suriya məsələsilə bağlı Türkiyəyə qarşı paylaşım edib, Türkiyəni tənqid etməsinə baxmayaraq, heç bir cəza almadığını bildirib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »