Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi neftdən, qazdan və kömürdən imtina edir: Yeni enerji mənbəyi tapılıb

Böyük Britaniya son 10 ildə bərpa olunmayan mənbələrdən elektrik enerjisi almağı xeyli azaldıb. 2025-ci ilə qədər bütün kömür şaxtalarının bağlanması planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya neftdən, qazdan və kömürdən imtina edir. Ölkə özünü təmiz yaşıl enerji ilə təmin etmək istəyir. Bu halda havaya zərərli qazlar da buraxılmayacaq.

Britaniyalı energetiklərin növbəti hesabatında ölkə üçün vacib hadisədən söz açılıb. İlin üçüncü kvartalında tarixdə ilk dəfə bərpa olunan mənbələrdən ənənəvi yerlərə nisbətdə daha çox enerji əldə edilib. Bu onu göstərir ki, Böyük Britaniya çoxdan düşündüyü proqressiv modelə yaxınlaşıb.

Statistikaya görə, enerjinin 40 faizi bərpa olunan mənbələrdən alınır. Bərpa olunmayan, ənənəvi mənbələr isə ümumi payın 39 faizini təşkil edir. Halbuki 10 il əvvəl 80 faizdən danışılırdı. Böyük Britaniya enerjisinin qalan 21 faizi Atom Elektrik Stansiyasının üzərinə düşüb. Britaniyalı energetiklər bu sektoru heç bir zümrəyə aid etmirlər.

Bərpa olunan enerji deyiləndə nə nəzərdə tutulur? Yəni külək, günəş enerjilərindən, hidrotexniki qurğuların yaratdığı enerji payından, bioenerjidən söhbət gedir. Mütəxəssislər hələlik bioenerji ilə bağlı tərəddüd içindədir. Bu istiqaməti yaşıl enerjiyə aid etməyə tələsmirlər. Çünki atmosferə zərərli qaz buraxılması ehtimalı az da olsa var.

Amma əsas gözlənti külək enerjisindəndir. Külək pərlərinə ölkənin hər yerində, hətta su hövzələrində də rast gəlmək mümkündür. Bu mənada daha çox Şotlandiya faydalı olur.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »