Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Trampın məktubunu zibil qabına atıb

“CNN Türk” müxbiri Sena Alkan prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Tramp tərəfindən ona yazılan təhdid məktubuna reaksiyası haqda rəsmi mənbələrindən məlumatlar əldə edib.

Jurnalistin sözlərinə görə, Ərdoğan Trampın məktubuna əsəbiləşərək onu zibil qutusuna atıb. Trampın sözlərinə reaksiya olaraq isə “9 oktyabrda yazılan bu məktub Ərdoğan tərəfindən rədd edildi. Məktuba verilmiş ən yaxşı cavab 9 oktyabrda başlayan “Sülh Çeşməsi Hərəkatı”dır” sözləri deyilib.

Xatırladaq ki, Donald Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qolunun başçısı Fərhad Abdi Şahinlə müzakirələr aparmasını istəyirdi. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »