Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Tramp 5 dəqiqədən bir fərqli “tvit” atır, onun hansına inanaq?”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Barış bulağı" hərəkatı ilə bağlı yolladığı məktuba münasibət bildirib.

BBC-yə müsahibə verən nazir bildirib ki, ABŞ-ın məktubuna müvafiq cavab verilib.

Onun sözlərinə görə, Prezident Ərdoğan terrorçularla müzakirə aparılmayacağını bəyan edib: “Dünən Tramp PKK-nın İŞİD-dən betər olduğunu deyib. Bizim üçün onların ikisi arasında hər hansı fərq yoxdur”.

ABŞ-la birlikdə təhlükəsiz bölgə yaratmaq istədiklərini xatırladan M. Çavuşoğlu vurğulayıb ki, bu istəklərinə nail ola bilməyiblər.

“Trampın hansı “tvit”inə inanaq? Onun hansı “tvit”ini izləməliyəm? 5 dəqiqədən bir fərqli “tvit” atır. Biz heç kimdən yaşıl işıq yandırmalarını istəmədik. Onlarla birlikdə əməkdaşlıq etmək istədik, ancaq təəssüf ki, vəzifələrini yerinə yetirmədilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. (Apa.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »