Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 il zirzəmidə yaşayan niderlandlı ailə barədə sirr pərdəsi aralanır – Təfərrüat

Niderlandda ailəsini 9 il ərzində fermada, zirzəmidə əsir saxlamış 58 yaşlı Jozef Zon saxlanılıb. Drente əyalətindəki sirli ev və onun dünyadan ayrı yaşayan sirli sakinləri barədə bir neçə gün öncə məlumat dünya mətbuatında yayılsa da hadisənin təfərrüatları barədə heç nə deyilmədi.

Bizimyol.info bu ailənin qəribə taleyi barədə əldə etdiyi maraqlı informasiyanı təqdim edir:

Bütün həqiqət saçı, saqqalı uzanmış kirli geyimli, çaşqın görünüşlü gənc oğlanın kənddəki bara içki içmək üçün gəlməsindən sonra gün üzünə çıxıb. O sərxoş olduqdan sonra 9 il ərzində bərbərə getmədiyini və ataları tərəfindən 6 bacı-qardaşı ilə birlikdə fermada zirzəmidə yaşadıqlarını bildirib, kömək istəyib.Əraziyə nəzarət edən polis dərhal məsələyə əl qoyub

Polislər fermaya gələrək zirzəmidə digər ailə üzvlərini də aşkarlayıblar. Onların anası illər özncə dünyasını dəyişib. Ailə ata və 6 uşaqdan ibarətdir. Ailə başçısı bir neçə il öncə insult keçirib. Xarici aləmlə təması yalnız o qurub. Yaxınlıqda yaşayan qonşular bu illər ərzində fermanın ərazisində yalnız atanı gördükərini və onun həmişə binoklla ətrafı seyr etdiyini deyblər.Hər kəs bu qaraqabaq adamın tək yaşadığını sanırmış. Fermanın əsirləri öz ərazilərində əkib-becərdikləri meyvə- tərəvəz və keçi əti ilə qidalanıblar.

Saxlanılan ata barədə çox məlumat yoxdur. O Avstriyada doğulub, Reynervold şəhərində müxtəlif işlərdə çalışıb xüsusən mebel ustalığı ilə qazanc əldə edib. Qapısına yaxınlaşan hər kəsi qovurmuş və ünsiyyət saxlamaq istəmirmiş.Onun övladlarından yalnız Yan Zon bu ilin yazında sosial şəbəkələrə qoşulmağa başlayıb.O özünü təbiəti sevən gənc kimi göstərərkə həmişə Yerdə həyatı bərpa etməyə çağırırmış

Hələlik atanın öz uşaqlarını fermada zorla saxlayıb saxlamadığı araşdırılır. Lakin bir o məlumdur ki, ata və uşaqları dünyanın sonundan qorxaraq gizlənməyə qərar verib bu qəribə həyatı seçiblər. Bu gün keçiriləcək məhkəmədə ata barəsində qərar veriləcək. Onun övladları isə istirahət evlərinə yerləşdiriliblər.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »