Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədxassəli şişi hamiləlik bilən qadın müayinədən sonra depressiyaya düşüb

İngiltərəli qadın bədxassəli şişi hamiləliklə qarışdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

İngiltərənin Borsinqton əyalətinin Dorset şəhərinin sakini olan 31 yaşlı Viktoriya Conston (Victoria Johnston) aptekdən aldığı hamiləlik testi ilə hamilə olduğunu öyrənib: “Testi etdikdən beş həftə sonra nəyinsə yolunda getmədiyini hiss etdim. Bunu izah etmək çətindir, amma hiss edirdim ki, mən hamilə deyiləm. Daim ürəyim bulanırdı və qarnım normasından çox tez böyüyürdü”.

Hamiləliyin on ikinci həftəsində ultrasəs müayinəsi şübhələrin doğruluğunu təsdiqləyib. Dölün əvəzinə, qadında şiş aşkarlanıb. Hətta həkimlər aşkarlanan şişin bəzi hallarda bədxassəli şişə çevrilə biləcəyini deyib.

Xəbərin emosiyasına qapılan qadın olmayan uşağının yasını tutaraq və iki yaşlı qızının böyüməsini görə bilməyəcəyini düşünərək depressiyaya düşüb.

Şişin çıxarılmasından sonra özünü yaxşı hiss etsə də, həkimlər şişin yenidən əmələ gəlmə etimalını nəzərə alaraq, önləyici-effektiv müalicə etmək üçün sonrakı on il qadının mütəmadi müayinə olunmasını məsləhət biliblər.

Son xəbərlər
Bütün xəbərlər »