Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın Ərdoğana yazdığı sərsəm məktub öz başına bəla ola bilər – Politoloq rəyi

Bu gün dünya mətbuatında ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Ərdoğana yazdığı qeyri-adi məzmunlu məktub müzakirə mövzusuna çevrilib. Trampın dövlət başçılarının yazışamalrına xas olmayan qeyri- etik məktubu həm öz ölkəsində, həm də beynəlxalq aləmdə təəccübə səbəb olub. Donald Trampın bir dövlət rəhbəri olaraq bu qədər sayqısızca yazılmış məktuba imza atması nələrdən xəbər verir və ya hansı siyasi gedişlərə səbəb ola bilər?

Bizimyol.info-nun bu sualını "Demokratik Sol" partiyasının sədri, politoloq Elşən Manafov cavablandırıb.

Elşən Manafov

Politoloqun fikrinə görə, Trampın Türkiyə prezidentinə bu şəkildə müraciəti beynəlxalq hüquq normalarının kobud şəkildə nozulması deməkdir:

“Hər bir dövlət beynəlxalq hüquqa və BMT nizamnaməsinə əsasən bir- birinin işinə qarışmamaq və daxili hüquqlarına hörmətə yanaşmaq öhdəliyi götürüb. Tramp prezident olduğu müddətdə dəfələrlə belə addım atıb. Bir müddət öncə o, İsveçin Baş nazirinə müraciət edərək həbs olunmuş ABŞ vətəndaşının buraxılmasını tələb etmişdi. İsveçin Baş naziri cavab olaraq bildirmişdi ki, hüquqi bir dövlət olaraq hakimin qəbul etdiyi qərarı dəyişə bilməz. Trampın bu şəkildə addımları öz ölkəsində də qəbul edilmir. Bildiyimiz kimi, onun prezident seçilməsinin özü də ajiotaj doğurmuşdu, Trampın Rusiyanın əli ilə hakimiyyətə gəldiyini söyləmişdilər və impiçment məsələsi qaldırılmışdı.Maraqlıdır ki, bu gün Tramp Demokratların prezidentliyə namizədini də təhqir edir. Güman edirəm ki, demokratlar elə bu məktub məsələsindən istifadə edib impiçment məsələsini qabardacaqlar. Türkiyə böyük 20-liyə daxil olan dövlətdir və NATO-da ABŞ-ın əsas müttəfiqlərindən biridir. Bu dövlətin liderinə qarşı hörmətsiz hərəkət etmək görünməmiş hadisədir, Türkiyəyə və türk xalqına qarşı ölçülüb-biçilməmiş addımdır.

Amma dünya dövlətlərinə necə yaşamaqla bağlı tövsiyələr verən ABŞ-ın öz siyasətini bu şəkildə üzə vurması qəribə deyil. Sovet İttifaqı dağıldıqdan sonra ABŞ bir qütblü dünya yaratmaq uğrunda fəaliyyətə başladı və onun bu addımın qarşısı Putinin hakimiyyətə gəlməsi ilə dayandırıldı. Bu gün artıq dünyada Rusiya, Çin,İran ,Venesuela kimi siyasi elitalar onun hegemonluğuna qarşı çıxır. Trampın bu hərəkətindən sonra Türkiyənin NATO-dan çıxması istisna deyil. Türkiyənin ana müxalifəti yəqin bu məsələni diqqətdən qaçırmayacaq. Türkiyənin NATO-dan çıxmasında maraqlı olan tərəflər də var və Rusiya bunlardan biridir. O, NATO və Türkiyə arasında çat yaranmasını gözləyir. Bu çatın yaranmasında isə əsas günahkar məhz Trampdır.Məhz Trampın qeyri-adi hərəkətləri Ərdoğanı Rusiyadan silah almağa məcbur etdi, S-400 böhranının yaranmasına səbəb oldu . PPK ilə bağlı məsələdə Tramp Ərdoğanın israrlarına baxmayaraq PKK-nı müdafiə etdi.Onlar türk torpaqlarının hesabına Kürdüstan dövlətinin yaranmasına çalışırlar. Türkiyənin Suriyadakı hərbi əməliyyatlarının əsas səbəblərindən biri bunun qarşısını almaqdır . Bu gün Suriyada legitim əsaslarla təmsil olunan tək dövlət Rusiyadır, çünki Əsədin xahişi ilə gəliblər. Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün bunu edir.Bu məktub çox ciddi və rezonans doğuran hadisələrə səbəb ola bilər. Bu hadisələrdə bizim dövlətə gəlincə Azərbaycan hər zaman Türkiyənin mövqeyini dəstəklədiyini bildirib və onun öz sərhədlərini müdafiə etməsində qanundan kənar bir şey olmadığını bəyan edib”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »