Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Moskva Trampın Ərdoğana yazdığı və tualetə atılan məktubu barədə danışır
Tramp, Ərdoğan

Bu gün dünya mətbuatında ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Ərdoğana yazdığı qeyri-adi məzmunlu məktub müzakirə mövzusuna çevrilib.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov mətbuata verdiyi açıqlamada Trampın məktubunun qəribə olduğunu bildirib.

Dmitri Peskov Dmitri Peskov

“Belə bir müraciət forması və üslubu dövlət liderlərinin yazışmalarında görmək mümkün deyil. Çox qeyri-adi məktub olub”,- deyə Kremlin sözçüsü qeyd edib.

Qeyd edək ki, məktubun mətni heç də siyasi etikaya sığışmır.

Məktubun mətni belədir:

"Hörmətli Prezident

Gəlin bir ortaq məxrəc əldə edək. Siz minlərlə insanın öldürülməsinin məsuliyyətini üzərinizə almaq istəməsziniz, mən də Türkiyənin iqtisadiyyatını dağıtmaq istəmirəm. Edə biləcəklərimin kiçik bir nümunəsini Rahib Branson mövzusunda göstərmişdim. Sizin probemlrinizi həll etmək üçün çox çalışıram. Dünyanı xəyal qırıqlığına uğratmayın. Yaxşı bir razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Çilo adlı PKK–çı) sizinlə müzakrələr aparmaq istəyir, güzəştlər etməyə razıdır. Mənə yazdığı məktubu da sizə göndərirəm. Əgər bunu doğru və humanist bir şəkildə edə bilsəniz, tarix Sizi yaxşı yadda saxlayacaq. Əgər yaxşı hadisələr baş verməyəcəksə, tarix sizi əbədiyyətə qədər şeytan olaraq görəcək. Qəddar bir adam olmayın. Axmaq olmayın. Sizə daha sonra zəng edəcəm.

Hörmətlə, Donald Tramp"

Türkiyə mətbuatı Ərdoğanın təklifi rədd etdiyini və məktubun birbaşa zibil qutusuna atıldığını, həmçinin, məktuba cavab olaraq 9 oktyabrda əməliyyat başladıldığını vurğulayıb.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Stefani Qrişam məktubun Tramp tərəfindən yazıldığını təsdiq edib.

İlhamə Rəsulova

Bizimyol.info

Trumpın məktubu

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »