Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hülusi Akar: "Terrorçular kimyəvi silahdan istifadə edəcəklər"

"Terrorçular kimyəvi silahdan istifadə edib suçu Türkiyə Silahlı Qüvvələrinin üstünə atmağa çalışacaqlar".

Bizimyol.info xəbər verir ki “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, terrorçuların etməyi planlaşdırdığı bu əməllə bağlı məlumatlar əldə ediblər: “Türkiyə Silahlı Qüvvələrinin arsenalında kimyəvi silahın olmadığı hamıya məlumdur. Biz, sadəcə, ölkəmiz və millətimizin təhlükəsizliyi üçün deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, assorilər, xristianlar, aramilər, yezidilər, keldanilər kimi başqa din və etnik qrupların da təhlükəsizliyinə çox böyük əhəmiyyət veririk.

Bölgədəki sürətlə dəyişən və inkişaf edən vəziyyət bəzi problemlər gətirir. Kimyəvi silah istifadə edən terror təşkilatı günahını Silahlı Qüvvələrimizin üzərinə atmaqla bağlı xəbərlər alırıq. TSQ-nin bazasında kimyəvi silahın olmadığı hamıya məlum olan bir həqiqətdir. Terror təşkilatları bölgədə mülki şəxslərə qarşı kütləvi hücumlar yolu ilə İŞİD təhlükəsini davam etdirəmək istədikləri barədə də tutarlı məlumatlar var”.

Akar: "Xarici mətbuatdakı həqiqətə uyğun olmayan xəbərlər yayılır.  Xüsusən "Barış Bulağı" əməliyyatı ilə bağlı yanlış xəbərlər və görüntülər yayılır. Terror təşkilatları bu yolla keçirlən uğurlu əməliyyatlara kölgə salmağa çalışırlar. Bir daha təkrar edirəm ki, bunlar işləməyəcək".

Bizimyol.info

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Saakaşvili Putinin işğal planını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »