Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Kadr siyasəti sahəsində görülməli çox iş var”

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi müşavirədə dövlət başçısı ölkədə aparılan islahatlara mane olan yüksək vəzifəli məmurları sərt tənqid edib. Prezident hakimiyyət komandasında olan bəzi məmurların mövqelərindən istifadə edərək şəxsi maraqlarını qorumaq naminə ümumi işə əngəl törətdiyini və belə insanlara qarşı mübarizə aparılacağını vurğulayıb.

Bəs sözügedən məmurlar öz mövqelərini qoruyub saxlamaq naminə hansısa təxribatlara yol aça bilərlərmi?

Bizimyol.infonun bu sualını Milli Məclisin deputatı Nəsib Məhəməliyev cavablandırıb

“Cənab Prezident respublikanın ictimai siyasi həyatında baş vrən prosesləri dəqiqliklə izləyir. Dövlət başçısı bir komandada təmsil olunan məmurarın bir- birinə qarşı dözümsüz münasibəti, qeyri qanuni yollarla, mətbuat vasitəsi ilə bir-birlərini şantaj etməsi məsələsinə reaksiya verdi. Qeyd edim ki, görülən işlərə kölgə salınması, islahatların aparılmasına mane olunması bütövlükdə dövlətə, xalqa vurulan zərbədir .

Mən onların kölgəyə çəkilib dövlət əleyhinə təxribat apara biləcəklərinə inanmıram. Çünki, Azərbaycan oturuşmuş möhkəm ölkədir və bizim güclü siyasi iradəyə malik prezidentimiz var. Onların İlham Əliyevin apardığı dövlətçilik siyasətinə və siyasi kursa qarşı çıxmaq gücü yoxdur. Ən əsası isə xalq onları dəstəkləmir. Xalq prezidentin arxasındadır və onların hansısa təxribat törədib, nəticə əldə etməsi sıfıra bərabərdir”.

N.Məhəməliyevin fikrinə görə, kadr siyasəti sahəsində görülməli çox iş var. Belə ki, qohumluq əlaqələri olan insanların eyni orqanlarda çalışmasının qarşısının alınmalı, kadr təyinatları tam şəffaflıqla aparılmalı, savadlı, peşəkar kadrlara üstünlük verilməli , qanunsuz himayədarlığın qarşısı alınbmalıdır.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »