Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb

Azərbaycanda 1 milyondan çox şagird təhsil alır. Onlardan ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır”.

Bizimyol.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qanunvericilikdə müəyyən olunan meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, o zaman şagird sinifdə saxlanıla bilər: “Fənlərin sayı 4-dən azdırsa yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

Nazir vurğulayıb ki, sinfdə saxlanılan şagirdlərin sayının 4000-dən çox olmasının səbəbi şagirdlərin bir çox fəndən proqramı mənimsəməsi və ya üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməməsidir.

Ceyhun Bayramov ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi məsələsinə də münasibət bildirib. O, deyib ki, məktəblərin nəqliyyat vasitələri ilə təmin edilməsi gündəmdə deyil: “Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir. Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »