Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri müəllimlərin maaşından, dərsliklərdən və işdən azad olunan direktorlardan danışdı

“1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı 5 min nəfəri ötüb. Hazırda müəllimlərin orta aylıq əməkhaqqı 600 manatdı”.

Bizimyol.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransda bildirib.

Ceyhun Bayramov Ceyhun Bayramov

Onun sözlərinə görə, 2019-cu ildə 84 təhsil müəssisənin yenidən tikilməsi və əsaslı təmir edilməsi ilə bağlı işlərə başlanılıb. Onlardan 43- ü yeni tədris ili başlayanda təhvil verilib, qalanı isə təqvim ilinin sonuna kimi təhvil veriləcək”.

Nazir bildirib ki, 2019-2020-ci tədris ilində 300-ə yaxın yeni məktəb direktoru təyin olunub: "İnzibati tədbirlər nəticəsində 6 nəfər rayon təhsil şöbəsinin işinə xitam verilib, 6 direktor və direktor müavini işdən çıxarılıb. 29 direktor və direktor müavininə inzibati tənbeh verilib, 7 halda direktorlar barədə məlumat hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqavilə müddətinin uzadılmaması barədə Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilib".

Nazir onu da deyib ki, yeni hazırlanan dərsliklərin ilkin olaraq ibtidai siniflər üçün tətbiq edilməsi planlaşdırılır: “Yeni çap olunan Ana dili və Riyaziyyat fənni üzrə dərsliklər 2 hissədən ibarət olacaq ki, bu da onların əlavə fiziki yükünü azaldacaq. Yenilik növbəti ildən tətbiq ediləcək. Məktəb dərsliklərinin istifadə müddəti ilə bağlı deyə bilərəm ki, hazırkı reqlamnetə əsasən, dərsliklər 4 il üçün çap edilib təhvil verilir. Nazirlik hazırda müxtəlif yaş qrupları üzrə müxtəlif istiqamətdə dərsliklərin ərsəyə gətirilməsi üzərində işləyir”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »