Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibankın dəstəyi ilə iki idmançımız Tokio-2020-yə lisenziya qazanıb
“Unibank”ın dəstək verdiyi paralimpiya komandası böyük uğura imza atıb. Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 7-17 oktyabr tarixlərində Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstəriblər. Hər iki paralimpiyaçı gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıblar.

İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisinin məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılması qürurvericidir. Unibank bütün idmançılarımıza uğurlar arzulayır.

Xatırladaq ki, Unibank 2018-ci ildə Azərbaycan bank sektorunda ən böyük KSM layihələrindən birinə imza atıb. 2020-ci ilin yayınadək bank Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir.

Hədəf- TOKİO 2020!

Unibank- hər kəsin bankı!

Son xəbərlər
Bütün xəbərlər »