Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Azərbaycanda internetin sürətindən şikayətləndi

Deputat Tahir Mirkişili Azərbaycandakı internetin sürətinin zəif olmasından şikayətlənib.

Bizimyol.info xəbər verir ki, deputat bildirib ki, Azərbaycanda internetin orta sürəti 3.1 Mbit/saniyədir:

“Hesablamalara görə, internetin sürətinin iki dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur. 2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.

Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir”.

Deputat əlavə edib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »