Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir tələbə təqaüdləri ilə bağlı açıqlama verdi

“Hər bir dövlət üçün prioritet məsələ ali təhsilin əlçatanlığıdır. Ali təhsil müəssisələrinə dövlət hesabına təqdim edilən yerlərin sayındanda bu il 66 faiz artım olub".

Bizimyol.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına ali təhsil alanların sayı 20 min 500-ə çatıb: “Tələbələrin təqaüdü 20 faiz arıtırılıb ki, bu da 110 000 tələbəni əhatə edir. Həmçinin, bu il daha 16 min tələbə təqaüd almaq hüququ qazanıb. Təqaüdlər müsair beynəlxalq sistemə əsasən rəqabətlilik əsasında verilir. Bu da tələbələrin təhsilinə müsbət təsir edən amildir".

Nazir bildirib ki, Azərbaycan məktəblərindən 33 mindən çox şagird fənn olimpiadalarına qatılıb: “Azərbaycan təmsilçiləri beynəlxalq olimpiadalarda 1 qızıl, 17 gümüş 22 bürünc olmaqla, ümumilikdə, 40 medal qazanıb. Təmsilçilərimiz 5 fənn - fizika, kimya, informatika, riyaziyyat və coğrafiya üzrə uğur qazanıblar”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »