Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi qalmaqal: Trampın Ərdoğana yazdığı təhqiramiz mətnli məktub hiddətə səbəb oldu - Video

ABŞ prezidenti Donald Trampın 2019-cu il 9 oktyabrda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktub ortaya çıxınca öz ölkəsinin mediasında gülüş hədəfinə çevrilib, türkiyədə isə təəccübə səbəb olub.

Bizimyol.info xəbər verir ki, dövlət başçısına ən yaxın media orqanı olan Fox TV aparıcısı Tris Regan məktubu oxuyarkən özünü gülməkdən saxlaya bilməyib. Gülüşə səbəb olan isə Trampn çox nalayiq şəkildə yazdığı məktubun sonunda “sizi telefonla arayacam” deməsi və hörmətlər ifadə etməsidir. Halbuki məktubun mətni heç də siyasi etikaya sığışmır.

Məktubun mətni belədir:

"Hörmətli Prezident

Gəlin bir ortaq məxrəc əldə edək. Siz minlərlə insanın öldürülməsinin məsuliyyətini üzərinizə almaq istəməsziniz, mən də Türkiyənin iqtisadiyyatını dağıtmaq istəmirəm. Edə biləcəklərimin kiçik bir nümunəsini Rahib Branson mövzusunda göstərmişdim.

Trumpın məktubu

Sizin probemlrinizi həll etmək üçün çox çalışıram. Dünyanı xəyal qırıqlığına uğratmayın. Yaxşı bir razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Çilo adlı PKK–çı) sizinlə müzakrələr aparmaq istəyir, güzəştlər etməyə razıdır. Mənə yazdığı məktubu da sizə göndərirəm. Əgər bunu doğru və humanist bir şəkildə edə bilsəniz, tarix Sizi yaxşı yadda saxlayacaq. Əgər yaxşı hadisələr baş verməyəcəksə, tarix sizi əbədiyyətə qədər şeytan olaraq görəcək. Qəddar bir adam olmayın. Axmaq olmayın. Sizə daha sonra zəng edəcəm.

Hörmətlə, Donald Tramp"

Qeyd edək ki, Türkiyə mediası bu məktubu ciddi qəbul etməyib. Çünki türk qoşunlarının “Barış pınarı” əməliyyatı bütün təhdid və hədyanlara yetərli qədər kəskin cavab oldu.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »