Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda biri beş manata olan yumurta satılır
Yasil yumurta

Dünyada son dövrlər geniş yayılmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirilib.

Bizimyol.info xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurta kimi ucuz əldə etmək çətindir.

Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir.

“Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində, digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”.

Qeyd edək ki, Türkiyədə İsmet Koç adlı təqaüdçü ailəsi ilə birgə bu toyuqlardan saxlandığı ferma açıb və yumurtasını ixrac edir.

O deyir ki, onun bu yumurtaları bir çox xəstəliklərin dərmanıdır, xolesterin yaratmır. Koç hətta prezidentə belə yaşıl yumurta göndərdiyini iddia edir.

Hazırda elan saytlarında 3-5 manata satılan yaşıl yumurtanın təkcə Türkiyədən gətirilmədiyi də məlum olub. Artıq bizdə də fermerlərdən ikisi bu toyuqlardan əldə edib, fermada yetişdirir.(medicina.az)

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Meyxanaçı Vüqar külli miqdarda pul udması ilə bağlı xəbərlərə aydınlıq gətirdi
››› İnsan üzlü balıq görüntüləndi - Video
››› Azərbaycanda ağzı olmayan uşaq dünyaya gəldi - Video
››› Beş gün dərs olmayacaq
Son xəbərlər
Bütün xəbərlər »