Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nursultan Nazarbayevə təqdim olunan ordenin dizayneri azərbaycanlıdır - Açıqlama

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni” təqdim edildi.

Bizimyol.info xəbər vverir ki, “Türk dünyasının Ali Ordeni”nin dizaynı Bakıda keçirilən l Avropa Oyunlarının və Türkiyə Cumhuriyyəti 100-cü il donümünün loqolarının müəllifi, tanınmış Azərbaycanlı dizayner Adəm Yunisova məxsusdur.

Adəm Yunisov Bizimyol.info-ya bildirib ki, “Türk Dünyası Ali ordeni” 8 qat qızıl və brilyantlardan tərtib olunub.

Bütünlükdə ağ və sarı qızıldan ibarət olan ordenin hazırlanmasında 6 ədəd 0.1 karat və 18 ədəd 0.015 karat olmaqla, cəmi 24 ədəd brilyantdan istifadə edilib.

Ordenin ümumi xarici diametri 97.09 mm-dir. Daxilidəki çevrənin diametri isə, 64.30 mm-dir.

Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ətrafında böyük bir dairə şəklində birləşən, 6 türk dövlətini təmsil edən 6 güşəli ulduz formasında dizayn edilmişdir. Hər bir dövləti təmsil edən ulduzun üzərindəki brilyant qaş, həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirməkdədir.

Orden bütünlükdə iç-içə keçən 8 qat qızıldan ibarətdir. Üzərindəki 4 ədəd qızıl hissələr və digər qızıl bağlar olmaqla, ümumilikdə 400 qram qızıldan istifadə olunmuşdur.

İri brilyant qaşlar ətrafında yerləşdirilən 18 ədəd kiçik brilyant qaş, türk dünyasının ətrafa saçdığı şəfəqlər kimi təsvir edilmişdir.

Ordenin mərkəzi hissəsində yerləşən 6 güşəli ulduz türk dünyasının gücünü təmsil edir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ordenin mərkəzi hissəsində əks olunmuşdur və bütünlükdə əl işi mina ilə boyanmışdır.

Orden 100 % əl işidir. İstifadə olunan qızılın əyyarı haqqında məlumatlar isə, ordenin arxa tərəfində əks olunmuşdur. Beynəlxalq brilyant sertifikatı da, ordenlə birlikdə təqdim olunacaqdır.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »