Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Elmar Məmmədyarov erməni əsilli şəxsin Azərbaycana buraxılmamasına aydınlıq gətirib
Elmar Məmmədyarov

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına aydınlıq gətirib.

Bizimyol.info xəbərinə görə, Azərbaycan XİN başçısı “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etmələrində hər hansı bir əngəl yoxdur.

Nazirin sözlərinə görə, lakin onlar səfər etmədən əvvəl Azərbaycanın Rusiyadakı səfirliyini bu haqda məlumatlandırmalıdırlar.

E. Məmmədyarov qeyd edib ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı emosionallıq nəzərə alınmalıdır.

“Biz həmişə Rusiya tərəfi ilə bu məsələ barədə kifayət qədər açıq danışırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Kristina Qevorkyan “Facebook”da yeni il bayramını keçirmək üçün Bakıya gəldiyini, hava limanında bir neçə saat gözlədildiyini və daha sonra Azərbaycana buraxılmadığını bildirib.

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Çində təhsil alan azərbaycanlı tələbə: "Doğmalarımı yoluxdurmamaq üçün..."
››› Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »