Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ boksçusu rinqdə aldığı zərbədən ölüb - Video

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

Bizimyol.info xəbər verir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey nokauta salıb. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

"Mən belə bir faciənin baş verəcəyini heç düşünməmişdim, istəyim yalnız qalib gəlmək idi",- deyə Çarlz Konvey təəssüfləndiyini bildirib: “Zamanı geri qaytara biləydim. Sənə görə dəfələrlə dua edirəm. Bu qədər göz yaşı tökürəm, çünki bu hadisənin mənim başıma gələcəyi halad ailəmin və dostlarımın necə hisslər keçırəcəyini təsəvvür edə bilmirəm.

Hadisə ilə əlaqədar Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman başsağlığı verib.

Son xəbərlər
Bütün xəbərlər »