Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişlidə yük avtomobili “Azad qadın”a çırpılıb

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki,  apa-nın məlumatına görə, Bakı-Horadiz avtomagistralının İmişli rayonunun Qaradonlu kəndindən keçən hissəsində Hacıqabul rayon sakini, 1977-ci il təvəllüdlü Cəbrayılov Ramil Cavanşir oğlunun idarə etdiyi qoşqulu “KamAZ” markalı 24 BD 085 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirərək yol kənarında yerləşən “Azad qadın” abidəsinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, abidəyə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »