Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını və qayınanasını yandırıb qaçan kişini avtobus vurub

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova ilə mübahisə edib.

Daha sonra ona bıçaqla bir neçə dəfə xəsarət yetirib.

V.Hüseynov bibisi və həm də qayınanası, 85 yaşlı Luiza İsmayılovanı bıçaqla öldürüb.

Təranə İsmayılova çox qan itirdiyindən hadisə yerində ölüb.

V.Hüseynov həyat yoldaşı və qayınanasının meyitinin üzərinə benzin tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınmağa çalışsa da, “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub.

O, dərhal xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, Vaqif Hüseynov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib.

Mübahisə də bu səbəbdən baş verib. Məsələdən qəzəblənən şəxs həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.(oxu.az)

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »