Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Nümayəndələr Palatasının spikerini "xəstə insan" adlandırıb

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin psixi vəziyyətindən şübhələnib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bununla bağlı fikirlərini o, özünün "Twitter"dəki səhifəsində paylaşıb.

"Nensi Pelosiyə təcili kömək lazımdır. Ya onun başında nəsə yerində deyil, ya da o sadəcə bizim çox gözəl ölkəmizi sevmir. Bu gün onda tamamilə isterika var idi. Buna baxmaq çox ağırdır. Onun üçün dua edin, o çox xəstə insandır!" - deyə Amerika lideri yazıb.

Tramp həmçinin Suriya üzrə qanunvericilərlə görüşdən fotoları paylaşıb. Kadrlardan birində Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin, ayaq üstə Ağ Evin başçısına nəyi isə sübut etdiyi əks olunur.

"Əsəbi Nensinin isterikası!" - deyə Tramp fotoya rəy yazaraq paylaşıb.

Son xəbərlər
Bütün xəbərlər »