Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelada minimum əməkhaqqını 375 faiz artırdılar: Yenə narazılıq var

Venesuelada siyasi böhran davam edir. Müxalifət lideri Xuan Quaydo yanvardan özünü ölkənin rəhbəri elan edib.

Prezident Nikolas Maduro geri çəkilmək fikrində deyil. Amma iqtisadi böhran da vəziyyətin yaxşılaşmasına imkan vermir.

Bizimyol.info xəbər verir ki, Venesuela hökuməti minimum əməkhaqqını 375 faiz artırıb. Məbləğ 300 min bolivara (15,33 dollar) çatıb. Göründüyü kimi, böyük rəqəmlərdən söhbət getmir. Buna görə narazılıq da səngimir.

Xuan Quaydo hökumətin səsləndirdiyi rəqəmləri gülünc adlandırıb. O, sosial şəbəkə hesabında marketin rəfində 900 qramlıq süd tozunun 192 min bolivara satılmasıyla bağlı foto paylaşıb. Quaydo Maduronun xalqı ələ saldığını ifadə edib.

Keçən il Venesuela pul vahidi böyük dəyər itirmişdi. Ölkədə 130 min faiz inflyasiya qeydə alınmışdı.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »