Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsut Özil anasına söz verdiyinə görə “Fənərbaxça”ya keçməyə hazırlaşır

“Arsenal”da istədiyi qədər oynaya bilməyən Məsut Özilin tezliklə klubunu dəyişəcəyi gözlənilir.

Türk əsilli futbolçunun Türkiyədə çıxış etmək ehtimalı var.

Bizimyol.info xəbər verir ki, İngiltərə mətbuatı Özilin anasına söz verdiyinə görə “Fənərbaxça”ya keçməyə hazırlaşdığını yazır. Guya məşhur futbolçu anasına bir gün İstanbul klubunda forma geyinəcəyi ilə bağlı vəd verib. İndi də sözü yerinə yetirmək zamanı yetişib.

Türkiyənin “Takvim” qəzetinin yazdığına görə, “Fənərbaxça” transferin əleyhinə deyil. Sadəcə, Özilin istədiyi məbləği verməyə hazır olduqları hiss edilmir. Məsut məsələnin maliyyə tərəfində güzəştə getsə, transfer yanvarda baş tuta bilər.

Son xəbərlər
Bütün xəbərlər »