Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkrəm İmamoğlu 92 min uşağa hər ay pulsuz süd paylayacaq

İstanbulun yeni bələdiyyə başqanı Əkrəm İmamoğlu seçkidən əvvəl uşaqlarla bağlı verdiyi vədi yerinə yetirməyə hazırlaşır.

Şəhər meri 92 min uşağa hər ay pulsuz süd paylayacaq.

Bizimyol.info xəbər verir ki, İmamoğlu İstanbulda 76 min ailəyə diqqət ayıracaqlarını bildirib. Bu ailələrdə 3-6 yaşlı 92 min uşaq hər ay pulsuz süd ala biləcək. Hər uşağa 2 litr süd çatdırılması nəzərdə tutulub. İl ərzində paylanan pulsuz südün həcmi 9 milyon litrə çatacaq.

Bunun üçün “İstanbul Halk Süt” layihəsinə start verilib. Çıxış edən İmamoğlu hər uşağın süd içmək haqqının olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »