Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pakistan Hindistana etirazını bildirib
Hindistan Pakistan liderleri

Pakistan hökuməti ötən gün Kəşmirdəki nəzarət xətti boyu atəşkəs rejiminin pozulması ilə bağlı Hindistana etirazını bildirib.

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Fəysal Hindistan ali komissarının müavini Qaurav Əhlüvaliyəni dəvət edərək “təhrikisiz” açılan atəş nəticəsində Pakistan tərəfində aralarında iki uşağın olduğu azı üç mülki şəxsin həlak olduğu, səkkiz nəfərin də yaralandığı hadisəyə görə etirazlarını ifadə edib.

“Hindistanın işğalçı qüvvələri nəzarət xətti və mövcud sərhəd boyu dinc əhalinin yaşadığı əraziləri toplardan, iriçaplı minaatanlar və avtomatik silahlardan atəşə tutmağa davam edir”, - deyə qeyd olunduğu açıqlamada nəticədə qadın və uşaqların yaralandığı da göstərilir.

Həmçinin oktyabrın 16-da Cammu və Kəşmirin Hindistana aid hissəsində təhlükəsizlik qüvvələri tərəfindən 3 yaraqlının öldürüldüyü barədə yerli polis açıqlama verib. (Report.az)

Paylaş »
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Evi sənədsiz olanların nəzərinə - Video
››› Vilayət Eyvazov yeni rəis təyin edib
››› Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video
Son xəbərlər
Bütün xəbərlər »