Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan müxbirə cavab verdi: "Niyə narahat olmalıyam ki?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın Xarici İşlər Naziri Mayk Pompeonun Türkiyəyə gəlişi ilə əlaqədar keçirdiyi "AK Parti" toplantısından sonra jurnalistlərlə söhbət edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət əsnasında prezidentə yaxınlaşan "Sky News" müxbiri ona "Amerika deleqasiyası gələcək. Bununla bağlı narahatlıq hissi keçirirsiniz?" sualını verib. Ərdoğan isə cavab verib: "Niyə narahat olmalıyam ki?". Həmçinin, ölkə başçısı Pompeo ilə görüşməyəcəyini bildirib: "Bu barədə yalnız Tramp gəlsə danışacağam".

Qeyd edək ki, Nazirin Türkiyəyə gələcəyi haqda ABŞ prezidenti Tramp məlumat yayıb. Bildirilib ki, görüşdə Suriya haqda danışıqlar aparılacaq.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »