Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakubus"da istidən halı pisləşən sərnişinlərin nəzərinə

Payız ayına keçid əsas gətirilərək kondisionerləri söndürülmüş "Bakubus" avtobuslarından narazılıq edən sərnişinlərin şikayətinə Bakı Nəqliyyat Agentliyindən cavab verilib.

Bakı Nəqliyyat Agentliyi Bakı Nəqliyyat Agentliyi

Bizimyol.info xəbər verir ki, "Bakubus" avtobuslarında payız ayına keçidlə bağlı kondisionerlər söndürülüb. Bu vəziyyətdən narahat olan sərnişinlərə "Bakubus" sürücüləri payız fəslinə keçid etdiklərini və kondisionerləri də buna görə söndürdüklərini deyir. Həmçinin, Bakı Nəqliyyat Agentliyinin Facebook sosial şəbəkəsinə sözügedən məsələ ilə bağlı şikayət yazan sərnişinlərin də narazılığına eyni cür reaksiya verilir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevlə əlaqə saxladıq. Mais Ağayev saytımıza açıqlamasında bildirdi ki: "Hazırda kondisionerlərin işi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bir daha göstəriş verilib ki, sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemləri işlək vəziyyətdə saxlanılsın"

O həmçinin qeyd edib ki, kondisionerlərə nəzarət imkanı sürücülərdədir.

Aləmdə Nəsib, Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »