Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Mayk Pens və Mayk Pompeo ilə görüşməkdən imtina edib

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo ilə görüşməyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ərdoğan bu barədə "Sky News"a verdiyi açıqlamada bildirib. Türkiyə Prezidenti Suriya mövzusunu ABŞ Prezidenti Donald Trampdan başqa heç kimlə müzakirə etməyəcəyini vurğulayıb.

R.T.Ərdoğan M.Pens və M.Pompeonun öz türkiyəli həmkarları ilə görüşmələrinin daha uyğun olduğunu və özünün isə görüşmək üçün D.Trampı gözləyəcəyini bildirib.

“Fikrimdə qətiyəm. Mən onlarla görüşməyəcəyəm. Onlar öz türkiyəli həmkarları ilə görüşəcəklər”, - deyə Türkiyə Prezidenti bildirib.

ABŞ vitse-prezidenti Mayk Pens isə Ərdoğanın onunla görüşməyəcəyini deməsinə baxmayaraq, Ankaraya gedəcək. Bu barədə isə onun sözcüsü məlumat verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Mayk Pensi Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərəkatını dayandırmağa razı salmaq üçün Ankaraya göndərir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »