Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adını mən qoydum, qadağanı Terminologiya Komissiyası - Niyə bizdə adqoydu işi sözqoydu işinə çevrilir?

Dünyaya övlad gəlməsi Azərbaycan ailələrində həmişə toy- bayram kimi qeyd olunub. Uşağa adın verilməsi isə xüsusi hadisə olurdu. Adı adətən evin, ailənin ağsaqalı sayılanı seçiləni verərdi, ata- ana da verdiyi adın uşağın gələcək taleyində roluna inandığı üçün balasına gözəl, mənalı adlar qoymağa çalışardı.

Uşağın adını onun qulağına üç dəfə pıçıldayardılar, daha sonra da “Bismillah” deyərək bir dua oxuyardılar. Allahı tanıyıb, haqqın yolunda olsun deyə. Türklüyümüzün kitabı olan Dədə Qorqud dastanında adı insan özü qazanardı.Yeniyetməlik yaşına çatmış oğlan və qızların bacarıqlarına əsasən onlara ad verilərdi.Təbii, ki bu indi mümkün deyil.

Zaman keçdikcə bir çox adətlər kimi bunlar da unudulsa da, verilən adın mənalı olması həmişə aktual olaraq qalır. Hərə nəslinin davamçısına öz süzgəcindən keçirdiyi adı qoymaqla həyata xoşgəldin edir. Amma hamı uğurlu seçim edirmi? Gözəl ad demək kimin prizmasından baxanda gözəl görünməlidir? Axı zövqlər mübahisə mövzusu deyil.

Bir neçə gün əvvəl Terminologiya Komissiyası tərəfindən yaradılan xüsusi komissiya yeni doğulan uşaqlara tərkibində bu adların da olduğu 22 adın qoyulmasını qadağan edib: Kuxeyil, Sofu, Saida, Aliyanağı, Əliyənvəliyullah, Kapitalina, Həzrətəli, Meysam, Ezel, Sada, Rina, Fururi, Sülhə, Nəroğlan, Ulya, Əliaçıq, Naqdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan. Amma maraqlıdır ki, komissiya Şahəddin, Nayur, Uyğunə, Nurruh, Tamer, Aizə kimi əaib adlara icazə verib.

Sayalı Sadıqova Sayalı Sadıqova

Terminologiya Komissiyası sədrinin müavini, professor Sayalı Sadıqova bildirib ki, azərbaycanlılar uşaqlarına rus adları qoymamalıdırlar və qoya bilməzlər. Sosial şəbəkə istifadəçiləri bu qadağaları birmənlı qarşılamayıblar. Bir çoxları Eleora adına icazə verildiyi halda tatyana adına niyə icazə verilməməsini qəbul etməyiblər. “ Bir çoxları nəsil adlarını yaşatmaq üçün övladlarına köhnə adlar verirlər, bir çoxları başqa millətlərdən olsa belə gözəl xatirələrlə yaddaşına həkk olunmuş əcnəbi dostlarının adını övladına vermək istəyirsə buna icazə verilməməsi düzgün deyil” deyə istifadəçilərin ümumi rəyində bildirilir.

Qəribədir ki, özümüzə qayıdaq deyərək dilimizə gətirdiyimiz bir çox sözlərdə tarazlıq pozulub. Elə ən bəsiti sfetafor sözünü götürək. Onu işıqfor etməklə milliləşdirdik guya. Rusca olan hissəsini sildik, amma ingilis dilində olan hissəsi qaldı. Vertolyotu helikopter , oteli hotel, qospitalı hospital eləmək nə dərəcədə uğurlu düzəliş idi mən düzü anlamıram. Anlamaq üçün də üz tuturam dilçi alim, jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmliyə. Qulu müəllimin Bizimyol.info saytına verdiyi açıqlamaya görə, Terminologiya Komissiyası qadağa qoya bilməz, yalnız tövsiyə verə bilər.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

“Burda iki məsələ var. Əvvəla komissiya yalnız tövsiyə verə bilər, qadağan edə bilməz. Bu tövsiyələr də xeyirxah məqsəd daşıyır. Gələcəkdə uşağın öz adından utanmaması üçün. İnanmıram ki, hansısa azərbaycanlı durduğu yerdə uşağın adını Con qoymaq istəsin. Amma istisnalar var. Mənim doğulduğum rayonda tanıdığım bir nəfər oğlunun adını Boris qoymuşdu. Çünki Böyük Vətən Müharibəsi illərində onu Boris adlı əsgər ölümdən xilas etmişdi. Amma bu kütləvi hal deyil. Komissiya adların gözəl olması, milli olması və yaddaşı bərpa etməsi yönündə çalışır. Bu insanların hüquqlarını pozmaq, azadlığını qısıdlamaq kimi dəyərləndrməməlidir.İstisna hal kimi bəyəndiyi adı qoymaq istəyirsə qoysun, bu ciddi problem deyil.Ruslarla bizim uzun illərə söykənən ortaq mədəniyyətimiz var.

Ümumiyyətlə sözün taleyi onun işləkliyindən asılıdır. Məsələn həmişə plyaj deyirdik ,amma dilimiz çimərlik sözünü qəbul etdi. Sizin dediyiniz işıqfor sözünü də dil qəbul etməsə o qəbuledilmiş forması ilə dildə yaşayacaq. Xalq dilində işləklik qazanan sözlər lüğətlərimizdə saxlanılır. Uzun illər işlətdiyimiz vertolyot sözünü helikopter, oteli hotel kimi işlətməyi düzgün hesab etmirəm”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »