Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq. Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »