Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək

Sumqayıt şəhər məhləməsinin qərarına əsasən keçmiş deputat Rəfael Cəbrayılova və qardaşına məxsus "Dərhal" MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

Bu barədə Bizimyol.info jurnalist Cavanşir Həsənliyə əsasən məlumat verir. Onun sözlərinə görə,məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani" Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakif Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.

Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

Maraqlıdır, görəsən məhkəmə sökülən bina sakinlərinin harda yaşayacaığna və ya evlərinin əvəzində ödənişlərin edilməsinə də qərara verib? Məlum məsələdir ki, Rəfael Cəbrayılov hazırda borc bataqlıındadır və o evləri sökülən insanlara ödəniş etməyəcək. Bu qədər insanı probelmlə üz- üzə qoymaqla dövlətin yükünü niyə artırırlar?

Son xəbərlər
Bütün xəbərlər »