Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb turistlərə bizim xanımlara sataşmağı biz öyrətdik
Tanınmış telejurnalist, səyahət proqramları ilə ekranlara qonaq olan Qərib Azər çox həssas bir məsələyə toxunub. Ərəb turistlərinin ölkəmizdə öyrəndikləri yanlışı doğru olaraq tətbiq eləmələri məsləsinə.

Bizimyol.info jurnalistin ürəyindən keçənləri olduğu kii təqdim edir.

Qərib Azər Qərib Azər

“Turizmin inkişafı mənim üçün prioritet mövzulardan biridir və bu inkişafın təbliqçisi və tərəfdarıyam, daim.

"Ərəb turistləri" söhbətində isə, bütün iradlara baxmayaraq, onlara qarşı mənfi münasibətin əlehinə olmuşam. Bu gün də əlehinəyəm, bütövlükdə.

Turistin nə milləti, nə dini, nə dərisinin rəngi olmur, o, turistidir, büdcəyə pul gətirir. İndi sonra o büdcədən kim nə qədər oğurlayıb Londona aparır, o başqa söhbət, sözüm onda deyil.

Sadəcə artıq mən də "ərəb turisti" mövzusuna başqaçür yanaşmağa balşamışam, nə gizlədim.

Mən küçələrimizdə kifayət qədər ərəb ailələri görürəm, uşağlı- kalyaskalı, xoş görüntülü, şəhərimizə yaraşıq verirlər şərq ailəsi nümunəsilə. Şəxsən məndə bu mənzərələr istilik oyadır, uşağlar oynayırlar, üzübağlı xanımlar vitrinlərə baxırlar, ağır bəylər xəlvəti qadınların açıq ayağlarına.

Lakin bununla yanaşı mən həmin küçələrdə tənha kişiləri, qarınlı-şortikli “maçoları" görürəm. Özündən razı davranış, yekəxanalıq, yuxarıdan aşağı baxışlar, bunlar cəhənnəmə, iradım yox, mən də xaricdə elə forsla gəzirəm, elə bil 4-5 neft buruğum var.

Amma çox pis bir tendensiya müşahıdə olunur, zənnimcə. Həmin o tənha kişilərin bəziləri bizim xanımlarımıza sataşmağa özlərində curət tapırlar. Niyə? Niyəsini hamımız bilirik.

Bir neçə ay əvvələ qədər şəhərin mərkəzi orada yanan qırmızı fənərlərin adını tam doğruldurdu. Əxlaqlarında ciddi qüsurlar olan “xanımlar" az qala ərəblərin əllərindən yapışırdılar ki, mayfrend mayfrend, gəl bura. Nə gizlədim, mənim də başıma gəlib.

DİN-in yeni rəhbərliyinə şəxsən minnətdaram ki, artıq bu mənzərələr mərkəzdə yoxdur, gizləniblər zirzəmilərdə.

Amma həmin o “xanımlar" öz çirkli izlərini qoyub artıq. Birdən birə azadlığa çıxan abtyajka maykalı həmin o bəzi ərəb kişiləri bütün yaraşığlı xanımalırmıza pis gözlə baxıb söz atmağı normal sayırlar.

Dünən bir mənzərənin şahidi oldum küçədə - yekəqarın bir ərəb zövlglü geyinən bir xanımımıza nəsə nalayıq bir söz dedi, cavabında Oksford ləhçəli ingilis dilində layıqlı payını alıb aralandı.

Az idi küçələrimizdə xanımlara söz atan özümüzkilər, indi ərəblər əlavə olundu? Bəs bunu necə dəyişmək, onları yerinə necə oturtmaq? Bilmirəm, bilsəydim başqa kabinetdə oturardım. Bir onu bilirəm ki, problem var və onu həlli lazımdır.

Mən Dubaya tez-tez gedirəm, artıq 20 ildir. Dubay bu gün dünyanın ən müasir şəhərlərindən biridir. Pulun varsa, Dubayda hər şey var. Ürəyin nə istəyir, gecə həyatı, qlamur klublar, alkoqol, istənilən narkotiklər, sort ba sort fahişələr, cibinə minnət. Gizli həyatı var Dubayın, ölüm hökmünə baxmayaraq bacara bilmirlər bəzi şeylərlə. Yaxud, bacarmaq istəmirlər.

Amma eyni zamanda, Dubay çox konservativ, çox patriarxal bir şəhərdir, adətlərini, dəyərlərini, mədəniyətini qoruyan bir şəhər.

İki fərqli Dubay biri birinə mane olmur, onlar sanki paralel dünyalarda yaşayırlar. Dubayda molda, gəzinti zonasında, gecə klublarından kənar həyatda miniyubkalı blondinka olsan belə, söz atan çətin ki, tapılar.

Ərəb xanımına isə sataşmaq? Əcnəbi turist gəlib Dubayda hansısa yerli ərəb xanımına söz atsın?

Adamın dərisini elə oradaca soyarlar, uf da eləməzlər. Və heç bir məsuliyət də daşımayacağlar ki, namus-qeyrət üstündə soyub, əcəb etmisən, krasavçık.

Bizdə kimsə ləyaqətli baçımıza, yoldaşımıza, qızımıza sataşan ərəb turistinin ağız-burnunu partlatsa, hamımız bilirik, məsələ nə ilə nəticələnəcək.

Ərəbi təmtərahla yola salacağlar ki, sorri sorri, bizimkini isə dar ağacına çekəcəklər ki, turizmin inkişafına misilsiz zərbə vurmusan, davay düş tasa.

Əlbəttə, mən heç bir halda ksenofobiya ittihamlarına məruz qalmaq istəmirəm, bu, mənim təbiətimdə deyil, bilən bilir. 95 ölkədə olmuşam, görüb müqaisə etmək imkanlarım daha genişdir və dediklərim yalnız ərəb tiristlərinə deyil, ölkəmizin bütün qonağlarına aiddir.

Hər bir ölkə, ələxüsus Şərqdə və Asiyada, öz milli, öz tarixi, öz qədimdən qalan dəyərlərini çox böyük həssaslıqla qoruyur. Oralara səfər edənlər görürlər.

O tərəflərə gedəndə ölkəyə girişdə turistlər üçün hətta qısa yaddaşlar verirlər, tövsiyələr, məsləhətlər, ölkə haqda reklam bukletlərində yazırlar, bələdçi junrlallarında ki, bəs hansı xüsusiyətlər var bu bölgədə, kiminlə necə davranmalı, ictimai yerdə özünü necə aparmalı və s.

Bəlkə ən azından, biz bundan başlayaq? Başa salaq ki, gecə kəpənəklərini küçələrdə axtarmaq lazım deyil, anladaq ki, yaraşığlı, bəzəkli, makiyajlı və dik dabanlı xanım bizdə 24 saat adi haldır və o, heç də əxlaqsız deyil, ay tupoy!

Uzun sözün qısası, acı həqiqət olsa da, etiraf etməliyik ki, şəhərimiz haqda müəyyən ölkələrdə bir stereotip yaranıb və bu stereotipi sındırmaq lazımdır. Bir iki burun qarışıq.

Ukrainanı o qədər lağa qoyduq ki, başımıza gəldi”.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »