Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı iş adamı Rusiyada avtomobil qəzasında ölüb

Rusiyanın Çelyabinsk vilayətində regionun ən varlı adamlarından və uğurlu biznesmenlərindən olan azərbaycanlı Əlişah Süleymanov qəza nəticəsində həlak olub.

Bizimyol.info xəbər verir ki, hadisə barədə Rusiya KİV-ləri məlumat veriblər, “Ruslada” şirniyyat fabrikinin, tikinti və rieltor şirkətlərinin sahibi olan Əlişah Süleymanovu həlak olması ilə nəticələnən qəza ötən gün oktyabrın 15-də Yujnouralsk-Maqnitoqorsk şose yolunun 24-cü kilometrliyində baş verib.

Çelyabinsk vilayəti üzrə yol polisinin mətbuat xidmətinin bildirdiyinə görə, “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsü hərəkət üçün təhlükəsiz sürət rejimi seçməyib və meteoşəraiti nəzərə almayıb, nəticədə idarəetməni itirib. Avtomobil yolun kənarındakı xəndəyə aşıb. Nəticədə avtomobilin sərnişini-biznesmen Süleymanov hadisə yerində həlak olub. 43 yaşlı sürücü yaralanıb.

1960-cı ildə Azərbaycanda anadan olan Ə.Süleymanov bir neçə şirkətin, o cümlədən “Ruslada” şirkətinin, “Kolos” qida məhsulları şirkətinin və “MontajSpetsStroy” MMC tikinti şirkətinin sahibidir. Çelyabinskdə 90-cı illərin əvvəllərində gəlib, regionun ən uğurlu biznesmenlərindən hesab olunurdu.

Süleymanov biznesə 1995-ci ildə Çelyabinskdə, bazarda mağaza açmaqla başlayıb, daha sonra biznesini böyüdüb. 2000-ci illərin əvvəllərində “Ruslada” firmasını yaradıb və sonradan onu Rusiyanın ən iri konditer fabrikinə çevirib.(virtualaz.org)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »