Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə gəlir

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.

Bizimyol.info xəbər verilir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, M. Pens və M. Pompeo Türkiyədən atəşkəs tələb edəcəklər.

“Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Səfər zamanı Suriya məsələsinin müzakirə olunacağı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »