Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin siyahıyaalınmasının nəticəsilə bağlı Statistika Komitəsindən açıqlama

2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirilib. Sosial mediada yayılan məlumata görə, əhalinin əksəriyyətinə siyahıyaalma vərəqəsi təqdim olunmayıb.

Bizimyol.info-nun məsələ ilə bağlı informasiya sorğusuna cavabda Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib ki, ölkəmizdə bir sıra hallarda siyahıyaalmanı bilvasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və üzvləri ilə görüşə bilmirlər: “Belə olan halda siyahıyalmanın aparılması qaydalarına uyğun olaraq saycılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və saycı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir.

Dövlət Statistika Komitəsi

Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsinə icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq qapı açılmır. Belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur”.

Siyahıyaalma qrupunun rəhbəri bildirub ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahıyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzaçətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçirilərək seçmə qaydada sayıcının işinin keyfiyyəti yoxlanılır və evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkilir.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »